• Bakı 11° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Ölkədə qızılca və suçiçəyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ

CƏMİYYƏT

01 Dekabr 2025 | 18:51

Ölkədə qızılca və suçiçəyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ

“Hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali  arasında tibb müəssisələrində peyvənd işləri davam etdirilir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində son aylarda ölkədə qızılca xəstəliyi qeydə alınmır.

Qeyd edilib ki, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıdığı üçün adətən payız-qış aylarında qeydə alınır.

“Xəstəliyin ölkə üzrə kütləvi yayılması müşahidə edilmir. Xəstəlikdən qorunmaq üçün yoluxmuş şəxslərlə təmasda olmamaq, əlləri tez-tez yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.

Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır”,- deyə əlavə edilib.


SON XƏBƏRLƏR