• Bakı 13° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Zaqatalada maraqlı hadisə - "Bolt"un sürücüsü maşını polis şöbəsinə sürdü

CƏMİYYƏT

02 Noyabr 2025 | 10:20

Zaqatalada maraqlı hadisə - Boltun sürücüsü maşını polis şöbəsinə sürdü

Zaqatala rayonunda maraqlı hadisə baş verib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, "Bolt" tətbiqi vasitəsilə sifariş etdiyi taksiyə minən 38 yaşlı kişi məhkəməlik olub.

Belə ki, Zaqatalanın Qazangül qəsəbəsində yaşayan, Ağdamdan keçmiş məcburi köçkün olan E.Quliyev sərxoş halda taksi sifariş edib və yaşadığı evə getmək istəyib. O, çağırışa gələn taksiyə mindikdən sonra yolda sürücü ilə mübahisə edib. Mübahisənin artdığını və sərnişinin sərxoş olduğunu görən sürücü maşını saxlayaraq ondan nəqliyyat vasitəsini tərk etməsini tələb edib. Lakin E.Quliyev maşından düşməyib. Bunu görən sürücü avtomobili birbaşa Zaqatala Rayon Polis Şöbəsinin qarşısına sürüb. Orada maşından düşməyə məcbur olan şəxs mübahisəyə davam edib, uca səslə söyüş söyərək xuliqanlıq edib.

Polis əməkdaşları həmin şəxs barəsində inzibati protokol tərtib edərək onu rayon məhkəməsinə göndəriblər.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə sərxoş sərnişin 50 manat cərimə edilərək sərbəst buraxılıb.


SON XƏBƏRLƏR

01 Noyabr 2025