• Bakı 13° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Yenidoğulmuşun sarılığında "gizli" risklər ultrasəs və MRT ilə necə aşkarlanır?

CƏMİYYƏT

02 Dekabr 2025 | 10:02

Yenidoğulmuşun sarılığında gizli risklər ultrasəs və MRT ilə necə aşkarlanır?

“Yenidoğulmuşlarda sarılıqların diaqnostikası əsasən kliniki əlamətlər, laborator müayinələrlə (qanda ümumi bilirubinin, düz bilirubinin səviyyəsi, qanın ümumi analizi və s.) aparılır”.

Bakıvaxtı.az xəbər verir kii, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində pediatr Aynur Bağırova deyib.

Onun sözlərinə görə, uzun sürən və ağır olan sarılıqlarda, xüsusən düz bilirubinın yüksənlməsi ilə gedən hiperbilirubinemiyalarda tibbi qenetika mərkəzində dərin müayinə aparıb metabolik xəstəliklər, uşaq cərrahiyə mərkəzində punksion biopsiya, xolangioqrafiya istifadə edərək biliar patoloqiyalar istisna edilməlidir:

“Funksional müayinə üsullarından qarın boşluğu üzvlərin ultrasəs müayinəsi (qaraciyər, öd kisəsi, dalaq) vasitəsilə hepatosplenomeqaliya, qaraciyərin metabolik xəstəlikləri və digər xəstəliklərdə qaraciyərin zədələnməsi, biliar atreziya, parenteral qidalanma ilə əlaqəli xolestaz, proqressivləşən ailəvi qaraciyər daxili xolestaz və s. kimi patologiyaların diaqnostikasında mühüm əhəmiyyət kəsb edir”.

Pediatr sonda bildirib ki, qeyd edilən patologiyalarda daha dəqiq diaqnoztika üçün həkimin təyinatı ilə qarın boşluğu orqanlarının MRT müayinəsi də aparıla bilər.


SON XƏBƏRLƏR

01 Dekabr 2025