Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla ƏliyevaDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, paylaşımda deyilir:
"Əziz dostlar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm! Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ən ülvi arzularınızın gerçəkləşməsini və nur arzulayıram.
Qoy hər birinizin qəlbində xeyirxahlığa və insanlığa inam yaşasın. Arzulayıram ki, xeyir və xeyirxahlığın heç bir təmənna güdmədən başqalarına ünvanlanmasına inanasınız, çünki o işığın nuru mütləq sizə geri qayıdacaq. Xüsusilə bütün uşaqları təbrik etmək istəyirəm. Uşaqlar saf, səmimi və güclüdürlər. Onları nə qədər çox dəstəkləsək, tərifləsək, sevsək və ruhlandırsaq, bir o qədər mərhəmətli, özünə inanan və işıqlı şəxsiyyətlər yetişdirə bilərik.
Qoy Allah hamını qorusun. Hər birinizə minnətdaram. Yeni il sizə harmoniya və sevgi gətirsin".
Bakı 




