Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə Ukrayanın Odessa şəhərinə kütləvi hücumu nəticəsində xəsarət alanların sayı altı nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
"Bu dəqiqəyə olan məlumata görə, gecə həyata keçirilmiş hücum nəticəsində artıq altı nəfər xəsarət alıb", - o qeyd edib. Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper xəsarət alanların hamısının iki ailənin üzvləri olduğunu bildirib. Onlardan 3-ü 7 ay-14 yaşadək olan uşaqlardır.
"Üçü uşaq olmaqla beş nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır", - o deyib.
Bundan başqa, iki enerji obyekti də hücuma məruz qalıb./Report
***
08:58
Rusiya qoşunlarının gecə Ukraynanın Odessa şəhərin hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBK-Ukraina" məlumat yayıb.
Hücum nəticəsində azı dörd nəfər xəsarət alıb. Zərbələrdən sonra evlər və avtomobillər yanıb.
Şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Lısak iki rayonda çoxmərtəbəli binaların vurulduğunu və bir binada mənzil yanğınının baş verdiyini, nəticədə üçü uşaq da daxil olmaqla dörd nəfərin xəsarət aldığını qeyd edib.
















