"Çin Xalq Respublikasının sədri Si Cinpin gələn il ikitərəfli əməkdaşlığın inkişafında yeni uğurlar qazanmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə birgə işləmək niyyətindədir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilib ki, Çin lideri Putinə Yeni il təbrikində bildirib: "2026-cı il Çin-Rusiya strateji tərəfdaşlığının qurulmasının 30-cu ildönümü və Çin ilə Rusiya Federasiyası arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü olacaq. Cənab Prezident, yeni dövrdə Çin-Rusiya münasibətlərinin davamlı inkişafında yeni nailiyyətlər əldə etmək üçün Sizinlə birlikdə işləməyə hazıram".
Aynur Babazadə
Bakı 




