• Bakı C

    7.56 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

"2026-cı il Avropa üçün həlledici ola bilər" - Fridrix Merts

DÜNYA

31 Dekabr 2025 | 15:54

2026-cı il Avropa üçün həlledici ola bilər - Fridrix Merts

Almaniya Kansleri Fridrix Merts 2026-cı ilin həm Almaniya, həm də bütövlükdə Avropa üçün həlledici il ola biləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Kansler bu fikirləri hökumət başçısı kimi Yeni il müraciətində səsləndirib.

Onun sözlərinə görə, dünya sürətlə dəyişir və bu dəyişikliklər Avropanın təhlükəsizliyinə və rifahına birbaşa təsir göstərir.

Merts Almaniyanın əsas çağırışları sırasında Ukraynadakı münaqişəni, iqtisadi təzyiqləri, proteksionizmin artmasını və ABŞ ilə münasibətlərin xarakterindəki dəyişiklikləri qeyd edib. Kansler vurğulayıb ki, bu şəraitdə Avropa öz maraqlarını daha güclü şəkildə müdafiə etməli və təhlükəsizlik sahəsində məsuliyyəti artırmalıdır.


SON XƏBƏRLƏR

30 Dekabr 2025