Lerik rayonunda baş verən qəzada xəsarət alan 7 nəfər Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan Bakıvaxtı.az-a verilən xəbərə görə, xəsarət alanlar Lerik rayon sakinləri - 1985-ci il təvəllüdlü Hakim Mirzəyev, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 2000-ci il təvəllüdlü Mehman Babazadə, 1998-ci il təvəllüdlü Sərxan Ağazadə, 1998-ci il təvəllüdlü Səma Ağazadə, 1965-ci il təvəllüdlü Fərhad Səlimov və sürücü 1990-cı il təvəllüdlü Pərvaz Məmmədovdur.
Onların hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Qeyd edək ki, yol nəqliyyat hadisəsi bu səhər Lənkəran-Lerik magistralının 53-cü km-də baş verib.
***
12:09
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var.
Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Lerik istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 6 nəfər yaralı daxil olub.
İlkin məlumata görə, onlar Bakıdan qayıdan rayon sakinləridir. Xəsrət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı 





