• Bakı C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

DÜNYA

31 Dekabr 2025 | 17:22

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu erməni politoloq Edqar Vardanyan deyib.

Ekspert bildirib ki, avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması Ermənistan-Azərbaycan arasında dönüş nöqtəsi olub:

“Vaşinqton razılaşmalarını ilin ən yaxşı nailiyyəti kimi qəbul etməliyik. Artıq avqust razılaşmalarından irəli gələn tədbirlərə başlanılıb. Sülh istiqamətində böyük bir addım atılıb”.

Vardanyan qeyd edib ki, sülh Ermənistanda bəzi daxili siyasi dairələr üçün faydalı deyil, çünki sabitliyi gücləndirəcək:

“Bu, hakimiyyətin nailiyyətidir, bu dairələr bu hökumətin iqtidarda olmasını istəmirlər. Müxalifətin sülh gündəliyi yoxdur”.

Politoloq Qarabağdan könüllü getmiş ermənilərin geriqayıdışını da mümkünsüz hesab edir:

“Müxalifət bu məsələ ətrafında oyun qurmağa çalışır. Qarabağ ermənilərinin qayıtmasından danışırlar, amma bunun necə, hansı şərtlərlə həyata keçirilə biləcəyini demirlər. Bu barədə də gündəlikləri yoxdur”./Teleqraf


SON XƏBƏRLƏR

30 Dekabr 2025