• Bakı 11° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Putin Türkiyəyə səfər edəcək

DÜNYA

31 Dekabr 2025 | 10:43

Putin Türkiyəyə səfər edəcək

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin daim təmasdadır, liderlər arasında etimada əsaslanan dialoq qurulub”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Türkiyənin diplomatik mənbələri bildiriblər.

“İki lider etimada əsaslanan dialoq qurub, bu, həm ikitərəfli, həm də regional məsələlərin həllində dəfələrlə effektivliyini sübut edib. Prezident Rəcəb Tayyib Ərdoğan cənab Putini Türkiyəyə səfərə dəvət edib, bunun çox yaxın gələcəkdə baş verəcəyini gözləyirik”, - Türkiyə rəsmisi agentliyə deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR