• Bakı C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Putinin iqamətgahına hücum: Kiyev buna çalışır... - KİV

DÜNYA

31 Dekabr 2025 | 16:31

Putinin iqamətgahına hücum: Kiyev buna çalışır... - KİV

Ukrayna hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına mümkün hücum cəhdi ilə bağlı yaranmış beynəlxalq reaksiyanı yumşaltmağa çalışır. Rəsmi Kiyev diplomatik təzyiqləri azaltmaq üçün fəal addımlar atır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, dekabrın 30-da ukraynalı rəsmilər Rusiyanın yaydığı açıqlamaların diplomatik nəticələrini neytrallaşdırmağa tələsiblər.

Məqalədə qeyd olunur ki, Kiyev hücum cəhdinin olmadığını iddia edir və Rusiya tərəfinin bu məsələni danışıqlar prosesini pozmaq üçün istifadə etdiyini irəli sürür.

Məlumata əsasən, baş verənləri bir sıra dünya liderləri pisləyib:

“Rusiya ilə həmrəylik nümayiş etdirənlər arasında Hindistanın Baş naziri Narendra Modi, Pakistanın Baş naziri Şahbaz Şərif və BƏƏ Xarici İşlər Nazirliyi yer alıb. ABŞ Prezidenti Donald Tramp da Ukraynanın bu addımını tənqid edib. Beynəlxalq reaksiyalardan sonra Kiyev rəsmi şəkildə təəssüfünü ifadə edib”./axar.az


SON XƏBƏRLƏR

30 Dekabr 2025