"İsrail və ABŞ İsrail ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş İbrahim Sazişlərinin genişləndirilməsini mümkün bir məqsəd hesab edirlər".
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
"Prezident Donald Tramp və mən İbrahim Sazişlərini Yaxın Şərqdə və ondan kənarda, o cümlədən böyük müsəlman ölkələrində genişləndirmək məqsədlərinə sadiqik. Biz buna nail olmağın mümkün olduğuna inanırıq", - deyə o, "Newsmax"a verdiyi müsahibədə bildirib.
Hökumət başçısı qeyd edib ki, Yaxın Şərqdə sülh üçün imkanlar açan ciddi dəyişikliklər baş verir.
Aynur Babazadə
Bakı 




