“SDQ terror təşkilatı mərkəzsizləşmə və federallaşma tələblərini irəli sürməyə davam edir və mərkəzi hakimiyyətlə inteqrasiya istiqamətində addım atmır”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.
“Əvvəllər də bəyan etdiyimiz kimi, SDQ-nin bu mövqeyi Suriyanın ərazi bütövlüyü və sabitliyinə zərər verir. Suriya hökuməti ilə “vahid dövlət, vahid ordu” prinsipi əsasında yaxın əməkdaşlığı davam etdirir, inteqrasiya prosesini yaxından izləyirik.
Əgər Suriya hökuməti birlik və bütövlüyü təmin etmək üçün təşəbbüs göstərməyə (və ya bunun üçün hərbi əməliyyat keçirməyə - red.) qərar verərsə, Türkiyə ona dəstək olacaq”, - o qeyd edib./Teleqraf
Bakı 




