• Bakı C

    9.8 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

ABŞ "Disney"i 10 milyon cərimələdi

DÜNYA

31 Dekabr 2025 | 12:14

ABŞ Disneyi 10 milyon cərimələdi

ABŞ Ədliyyə Nazirliyi "Disney"i YouTube-da uşaqların məlumatlarını qanunsuz topladığına görə 10 milyon dollar cərimə edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı nazirlik açıqlayıb.

Bildirilir ki, şirkət və onun podratçıları xidmətdə yerləşdirilən məzmunun uşaqlar üçün nəzərdə tutulduğunu dəqiqləşdirməyiblər. Buna görə də Disney valideynlərin xəbərdarlığı və ya razılığı olmadan hədəf reklam üçün uşaqlar haqqında qanunsuz olaraq məlumat toplayıb.

Bu, "Disney"in uşaqların şəxsi məlumatlarını qanunsuz toplamaq iddiaları ilə bağlı 2025-ci ildə ödəyəcəyi ikinci cərimədir. Daha əvvəl ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası media şirkətini videolara uşaqların etiketlərini qəsdən daxil etməməkdə günahlandırmışdı. "Disney" onda da 10 milyon dollar cərimə ödəməyə razılaşıb. /musavat.com


SON XƏBƏRLƏR

30 Dekabr 2025