• Bakı C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

DİN təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış etdi - FOTO - VİDEO

CƏMİYYƏT

31 Dekabr 2025 | 10:36

DİN təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış etdi - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları milli birlik, qarşılıqlı hörmət və məsuliyyətin rəmzidir.

"Bu əlamətdar günlərin əmin-amanlıq şəraitində və xoş əhval-ruhiyyədə keçməsi üçün hamılıqla təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Bu günlərdə hər kəsdən ictimai yerlərdə nizam-intizamla davranmaq, kütləvi tədbirlərdə ehtiyatla hərəkət etmək, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinmək, yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək xahiş və tələb olunur.

Bayramınız təhlükəsiz keçsin!" - deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

30 Dekabr 2025