• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Qarabağda 7 min 800 nəfərdən çox sakinin məşğulluğu təmin edildi

    CƏMİYYƏT

    30 Dekabr 2025 | 16:48

    Qarabağda 7 min 800 nəfərdən çox sakinin məşğulluğu təmin edildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, “Böyük Qayıdış” Proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 7 min 817 şəxsin məşğulluğu təmin olunub.

    Onlardan 700-ə yaxın şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.

    Habelə 352 nəfər müxtəlif sahələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

    Kursları uğurla başa vuranların işlə təminatına dəstək göstərilir.


    SON XƏBƏRLƏR