Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) həmvətənlərimizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki səhifəsində paylaşım olunub.
"Xalqımızın birlik və həmrəyliyinin rəmzi olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, dövlətimizə və xalqımıza firavanlıq, sabitlik və yeni nailiyyətlər arzulayırıq. Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.
Bakı 




