• Bakı C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Azərbaycan və Türkiyə gəmiləri İstanbul sahillərində toqquşdu - FOTO - YENİLƏNİB

HADİSƏ

30 Dekabr 2025 | 13:56

Azərbaycan və Türkiyə gəmiləri İstanbul sahillərində toqquşdu - FOTO - YENİLƏNİB

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.

Bu barədə Bakıvaxtı.az-a ASCO-dan məlumat verilib.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.

Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə zamanı gəmidə yük olmayıb.

Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.

Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.

***

13:25

İstanbulun Bakırköy Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən təcili çağırış daxil olub.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, 141 metr uzunluğundakı "Kəlbəcər" və 115 metr uzunluğundakı "Alatəpə" adlı tanker Küçükçekmece Dəmir Sahəsində hələ məlum olmayan səbəbdən toqquşub.

Məlumatdan sonra hadisə yerinə Sahil Təhlükəsizliyi Baş İdarəsinin xilasetmə qrupu və Xilasetmə-9 yedək gəmisi göndərilib.


SON XƏBƏRLƏR