• Bakı C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Sürücünün başı telefona qarışdı, avtomobil aşdı - TƏFƏRRÜAT

HADİSƏ

29 Yanvar 2026 | 11:15

Sürücünün başı telefona qarışdı, avtomobil aşdı - TƏFƏRRÜAT

Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Ağır qəzanın sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi üzündən baş verdiyi deyilir:

"Samux rayon sakini Rəşid Məmmədov idarə etdiyi "QAZel" markalı mikroavtobusla istixanada çalışan həmkəndlilərini işə apararkən diqqətinin mobil telefona yönəlməsi səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtomobilin yoldan çıxaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı 26 yaşlı sərnişin Vüqar Əsgərov hadisə yerində həyatını itirib.

Baş verən bu faciə sükan arxasında diqqəti yayındıran hərəkətlərin nə qədər ağır faciələrə səbəb olduğunu bir daha açıq şəkildə göstərir. Mobil telefondan istifadə sürücünün reaksiyasını və idarəetmə imkanlarını kəskin şəkildə məhdudlaşdırır, nəticədə nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını mümkünsüz edir.

Sürücülər nəzərə almalıdırlar ki, nəqliyyat vasitəsini idarə edərkən diqqətsizlik sadəcə qayda pozuntusu deyil, insan həyatına birbaşa təhlükə yaradan ciddi məsuliyyətsizlikdir".

 


SON XƏBƏRLƏR

28 Yanvar 2026