• Bakı C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Pirotexniki vasitələr satan 12 nəfər saxlanıldı

    HADİSƏ

    30 Dekabr 2025 | 17:03

    Pirotexniki vasitələr satan 12 nəfər saxlanıldı

    Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ötən gün paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

    Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


    SON XƏBƏRLƏR