• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

BƏƏ Yəməndəki antiterror əməliyyatlarını dayandırdı

DÜNYA

30 Dekabr 2025 | 20:09 | Müəllif: Subhan Mahmudov

BƏƏ Yəməndəki antiterror əməliyyatlarını dayandırdı

BƏƏ Müdafiə Nazirliyi Yəməndə antiterror missiyaları həyata keçirən qüvvələrinin əməliyyatlarını dayandırır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlik tərəfindən dərc edilən açıqlamada bildirilib.

Qeyd olunub ki, qərar mövcud vəziyyəti nəzərə alaraq, əmirliklərin öz təşəbbüsü ilə verilib. Bu qərar BƏƏ-nin regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi öhdəliyinə uyğundur.

Xatırladaq ki, daha əvvəl BƏƏ-nin Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, ölkə Səudiyyə Ərəbistanının təhlükəsizliyinə təsir göstərə biləcək hər hansı bir cəhddə iştirakı rədd edir. Qurum ölkənin Səudiyyə Ərəbistanının təsirini sarsıtmaq üçün heç bir regional cəhddə iştirak etmədiyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026