• Bakı C

    12.6 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

ABŞ İran və Venesuelaya sanksiyalar tətbiq etdi

DÜNYA

30 Dekabr 2025 | 22:48

ABŞ İran və Venesuelaya sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) dron ticarəti ilə əlaqədar olaraq İran və Venesueladan olan 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.

"Bu gün OFAC Venesuela və İranda yerləşən və İranın Venesuela ilə dron ticarətinə töhfə verən 10 fərdi və hüquqi şəxs, o cümlədən Venesuela şirkətinlərinə qarşı sanksiyalar tətbiq edir", - deyə açıqlamada qeyd olunub.

Sanksiya siyahılarına İrandan beş fiziki şəxs və üç hüquqi şəxs, Venesueladan isə bir hüquqi şəxs daxildir. Xüsusilə, məhdudlaşdırıcı tədbirlər Venesuelanın Empresa Aeronáutica Nacional şirkətinə qarşı tətbiq olunur.


SON XƏBƏRLƏR

30 Dekabr 2025