• Bakı C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Azərbaycan-Qazaxıstan əməkdaşlığı Türk dünyası üçün yeni strateji mərhələdir

SİYASƏT

30 Dekabr 2025 | 17:08

Azərbaycan-Qazaxıstan əməkdaşlığı Türk dünyası üçün yeni strateji mərhələdir

Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq Türk dünyası üzrə ayrıca klassifikasiya olunsa, bu istiqamət böyük perspektiv vəd edir. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, ümumtürk geosiyasi baxışının formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, Türk Dövlətləri Təşkilatı artıq üçüncü bir dünya gücünün inşası ideyasını özündə ehtiva edən mühüm mərhələyə daxil olub.

Onun sözlərinə görə, bu prosesdə Azərbaycanın xüsusi təşəbbüskarlıq rolu var və Bakı Türk dövlətlərinin qlobal güc kimi formalaşmasını fəal şəkildə dəstəkləyir. Politoloq qeyd edib ki, mövcud siyasi və iqtisadi proseslər qarşıdakı illərdə Azərbaycanın rəhbərliyi ilə Türk dünyasının Avropa-Asiya, Şərq-Qərb arasında daşıyıcı və birləşdirici funksiyanı daha aydın şəkildə yerinə yetirəcəyini göstərir.

Əziz Əlibəyli: Bakı Türk dövlətlərinin qlobal güc kimi formalaşmasını fəal şəkildə dəstəkləyir

Əziz Əlibəyli bildirib ki, Azərbaycanın xarici siyasət kursu Qazaxıstanın maraqları ilə böyük ölçüdə üst-üstə düşür və bu uyğunluq strateji xarakter daşıyır. Onun fikrincə, burada iki əsas regional gücün müttəfiqliyi, strateji tərəfdaşlığı, eləcə də qlobal və regional siyasətdə koordinasiyalı fəaliyyəti açıq şəkildə müşahidə olunur:

"Strateji maraqların üst-üstə düşməsi hər iki ölkənin xarici siyasətini Orta Asiya ilə Qafqaz zonasının birləşdirilməsinə yönəldir. Bu xətt Transxəzər marşrutu vasitəsilə Qara dəniz, Aralıq dənizi və Avropa istiqamətinə çıxışı təmin etməyə hesablanıb.

Azərbaycan və Qazaxıstan perspektivdə Avropanın enerji təhlükəsizliyinin formalaşmasında da mühüm rol oynayan əsas aktorlardan biri kimi çıxış edir və bu amil iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR