• Bakı C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Macarıstanla minatəmizləmə ilə bağlı imzalanan sənədin icrası müzakirə edilib

SİYASƏT

29 Yanvar 2026 | 13:04

Macarıstanla minatəmizləmə ilə bağlı imzalanan sənədin icrası müzakirə edilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ilə görüşü çərçivəsində minatəmizləmə sahəsində imzalanan Anlaşma Memorandumunun icrası üzrə müzakirələr aparılıb.

Bu barədə Bakıvaxtı.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, sözügedən Anlaşma Memorandu ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında bir müddət öncə imzalanıb.

Eyni zamanda digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

28 Yanvar 2026