• Bakı C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Əbu-Dabi görüşü: Rusiya işğalçılıq iştahını azaltmasa, danışıqların nəticəsi olmayacaq

SİYASƏT

29 Yanvar 2026 | 12:22

Əbu-Dabi görüşü: Rusiya işğalçılıq iştahını azaltmasa, danışıqların nəticəsi olmayacaq

“Əbu-Dabidə ilk dəfə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin üçtərəfli görüşünün baş tutmasının özü görüşün nəticələrindən daha çox müzakirə olunur və böyük hadisə kimi təqdim olunur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, nəticələrə gəldikdə isə görürük ki, proses olduğu yerdə qalıb:

“Məşhur bir hekayə var, Napoleon döyüşlərin birini uduzur və topçuların rəhbərindən niyə atəş açmadığını soruşur. Topçuların başı bunun 40 səbəbinin olduğunu deyir və bildirir ki, birinci səbəb barıtın yaş olması idi. Yerdə qalan 39 səbəbin heç bir mənası qalmır. Rusiya-Ukrayna danışıqlarında da eyni mənzərədir”.

Müsahibimiz vurğulayıb ki, müzakirə olunan on məsələnin içində açar mövzu Donbasdır:

“Ukrayna prezidenti Volodimir Zelenski isə birmənalı şəkildə deyir ki, onlar heç bir ərazini güzəştə getməyəcəklər. Ukrayna prezidentinin sözlərinə görə, əgər kompromislər tapılarsa, məsələnin müzakirəsinə hazırdır. Həqiqətən, Zelenski üçün çox ağır durumdur. Əgər Donbasdan imtina edərsə, daxildə ciddi problemlərlə üzləşər. Danışıqların uzanacağı təqdirdə yenə də daxildə böhranlı vəziyyət dərinləşməkdədir”.

Natiq Cəfərli: Zelenski üçün çox ağır durumdur, əgər Donbasdan imtina edərsə...

N.Cəfərli qeyd edib ki, indiki məqamda Rusiya işğalçılıq iştahını azaltmasa, danışıqların müsbət nəticə verməsi mümkün görünmür:

“Zelenski və komandası çox ağır durumdadır. Ukraynanın bərpası üçün vəd edilən 800 milyard dollar vəsait 10 il müddətinə nəzərdə tutulub. Ukraynanın büdcə kəsiri 60 milyard dollardır. Kənardan hər il 60 milyard dollar vəsait daxil olmasa, Ukrayna öz büdəsini tamamlaya bilməz. Yəni 10 il ərzində 800 milyard dollar vəsait veriləcəksə, bunun böyük hissəsi iqtisadiyyatı ayaqda saxlamağa, maaşları ödəməyə sərf olunacaq”.

Vəziyyətin kifayət qədər gərgin olduğunu deyən Natiz Cəfərliyə görə, amma heç bir tərəf danışıqlardan imtina etmək istəmir:

“Çünki ABŞ Prezidenti Donald Tramp bu məsələdə ciddi mövqeyə sahibdir”.

Aydın Baxış


SON XƏBƏRLƏR

28 Yanvar 2026