• Bakı C

    13.07 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Şəmkirdə maşın yandı - FOTO

HADİSƏ

31 Dekabr 2025 | 09:28

Şəmkirdə maşın yandı - FOTO

Şəmkirdə maşın yanıb.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Muxtariyə kəndində qeydə alınıb. Kənd sakininə məxsus evin həyətində olan "BMW" markalı minik maşını anidən yanmağa başlayıb.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb, yanğının qarşısı alınaraq söndürülüb. Yanğından yaxınlıqdakı yaşayış evi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Mləlumata görə, yanğın avtomobilin elektrik naqillərində olan qısa qapanmaqdan baş verib.

Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

30 Dekabr 2025