• Bakı C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Avropa İttifaqından Çinin Tayvan yaxınlığında keçirdiyi təlimlərə REAKSİYA

DÜNYA

30 Dekabr 2025 | 17:03

Avropa İttifaqından Çinin Tayvan yaxınlığında keçirdiyi təlimlərə REAKSİYA

Avropa İttifaqı Çinin Xalq Azadlıq Ordusunun Tayvan yaxınlığında keçirdiyi hərbi təlimlərin regionda gərginliyi artırdığını hesab edir.

Bakıvaxtı.az xarici mənbələrə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin mətbuat xidməti jurnalistlərə açıqlama verib. Bildirilib ki, Aİ güc tətbiqi və ya güc hədəsi yolu ilə mövcud status-kvonun dəyişdirilməsinə yönəlmiş istənilən birtərəfli addıma qarşı çıxır.

Açıqlamada bütün tərəflər gərginliyin eskalasiyasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırılıb.

Xarici mənbələrin məlumatına görə, bundan əvvəl Çinin Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı Tayvan ətrafında keçirilən təlimlər zamanı adanın əsas limanlarına nəzarətin ələ keçirilməsi ssenarilərinin məşq edildiyini açıqlayıb.

Xatırladaq ki, Şərq Döyüş Komandanlığı dekabrın 29-da Tayvan bölgəsində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlər çərçivəsində dəniz və hava məkanında müxtəlif qüvvə və vasitələrlə əməliyyatlar icra olunur, əsas liman və ərazilərin blokadası üzrə tapşırıqlar yerinə yetirilir, döyüş atışları həyata keçirilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR