Milli Məclis “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, dəyişikliyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab edilərək idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir. Qızdırılan tütün məmulatları isə elektron siqaret hesab olunmayacaq.
Qanunla Vergi Məcəlləsi və “Reklam haqqında” qanunda da dəyişikliklər edilərək birdəfəlik elektron siqaret və mayeləri aksizli mallar siyahısından çıxarılır, reklam qadağası yeni anlayışlara uyğunlaşdırılır.
Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Əli Hüseynov
Bakı 




