Yeni sistem sayəsində vətəndaşlar torpaq və sənədləşmə ilə bağlı məlumatları daha rahat və şəffaf əldə edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova deyib.
Onun sözlərinə görə, bələdiyyələr yerli özünüidarəetmə orqanlarıdır və torpaqla bağlı məsələlərdə əvvəllər nəzarət ayrı aparılırdı. Yeni inteqrasiya sistemi vasitəsilə bələdiyyələr, icra hakimiyyəti və arxiv məlumatları vahid platformada birləşdiriləcək. Bu, vətəndaşların sənəd əldə etmək üçün qapı-qapı gəzib tələb etməsinə ehtiyacı aradan qaldıracaq, torpaqla bağlı bütün məlumatlar həm bələdiyyə qərarları, həm tarixi sənədlər elektron formada görünəcək.
Zeynəb Rzayeva
Bakı 




