Azərbaycanın su təsərrüfatı infrastrukturunun modernləşdirilməsi və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə növbəti böyük addım atılır.
Bakıvaxtı.az xəbər verir ki, "Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi Samur-Abşeron sistemi və Xanarx kanalında müasir ölçü cihazlarının quraşdırılması üçün açıq tender elan edib.
Samur-Abşeron sistemi və Xanarx kanalı boyunca yüksək dəqiqlikli su sərfölçən qurğuların quraşdırılması nəzərdə tutulur. Layihənin ehtimal olunan qiyməti 2.830.272,50 AZN təşkil edir.
Bu qurğuların tətbiqi suyun paylanmasında şəffaflığı artırmağa, itkiləri minimuma endirməyə və real vaxt rejimində monitorinq aparmağa imkan verəcək.
Bakı 




