Ölkədə sənədsiz tikililərin leqallaşdırılması ilə bağlı işlər aparılsa da, onların sayı hələ də yüksək olaraq qalır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova jurnalistlərin suallarını cavablayarkən deyib.
Onun sözlərinə görə, təxminən 400-500 min civarında sənədsiz tikili mövcuddur ki, onların sənədləşməsi hələ mümkün deyil. Sədr qeyd edib ki, dəqiq statistik məlumat olmadığı üçün genişmiqyaslı inventarlaşdırma işləri aparılmalıdır. Qeyri-rəsmi tikililərlə bağlı müraciətlərin sayına baxsaq, fərdi yaşayış tikililərinin sayı bunun ən azı 10 dəfə çox ola bilər.
Zeynəb Rzayeva
Bakı 




