• Bakı C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

“907” nə vaxt ləğv ediləcək? - Amerika bölgədə siyasi müttəfiqlərinin sayını artırır

SİYASƏT

30 Dekabr 2025 | 13:10

“907” nə vaxt ləğv ediləcək? - Amerika bölgədə siyasi müttəfiqlərinin sayını artırır

907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsinin mətni ABŞ Konqresinin saytında yerləşdirilib. Qanun layihəsində deyilir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri Amerika Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin sadiq tərəfdaşı olaraq qalır.

Azərbaycan müharibə dövründə də, sülh dövründə də mühüm əməkdaşlığı təmin edib. Həmçinin, layihə də qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazda sülhü prioritet hesab etdiyini açıq şəkildə nümayiş etdirib:

"Elə bir sülh sazişi əldə edib ki, bu sazişdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının müvafiq sərhədləri və ərazi bütövlüyü qarşılıqlı şəkildə razılaşdırılıb".

Qeyd edək ki, bu ilin dekabr ayında ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.

Hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a deyib ki, böyük ehtimalla, 907-ci düzəliş tam şəkildə ləğv ediləcək.

Onun sözlərinə görə, qanunun ləğv olunması Azərbaycan və ABŞ arsında təkcə yeni siyasi, strateji əlaqələrin inkişafına töhfə verəcək:

"Eyni zamanda Cənubi Qafqazda yaranmış sülh atmosferinə ciddi dəstək olacaq. Artıq uzun illərdir ABŞ-nin təktərəfli şəkildə Ermənistana dəstəyi ortadan qalxacaq və Amerika ümumən Cənubi Qafqaz regionunda Azərbaycana və Ermənistana bərabər şəkildə dəstək göstərəcək. Bu addım ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına da uyğundur. İrana qarşı hərbi əməliyyatlar yenidən gündəmdədir”.

Müsahibimiz bölgəmizdə İran və Rusiya faktorlarının ABŞ üçün hələ də təhlükə mənbəyi olaraq qaldığını deyib. ,O,  Amerikanın belə məqamda bölgədə öz siyasi müttəfiqlərinin sayını çoxaltmaq, əvvəlki müttəfiqləri ilə əməkdaşlığı dərinləşdirmək niyyətini təbii sayır. Dediyinə görə, o baxımdan, "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin ləğvi ABŞ-nin xarici siyasəti üçün çox önəmlidir.

Əhməd Şahidov: Böyük ehtimalla, 2026-cı ilin birinci rübünədək məsələ tam şəkildə bitəcək

Ə.Şahidov əlavə edib ki, erməni lobbisi və onların təsiri altında olan senatorların prosesə əngəl yaratmaq cəhdləri heç bir nəticə verməyəcək:

"Söhbət 35 ildir qüvvədə olan 907-ci düzəlişin nəhayət birdəfəlik ləğv olunmasından gedir. İndiyədək bu düzəliş sadəcə müvəqqəti dondurulur, icrası dayandırılırdı. 907-ci düzəlişin ləğvi ABŞ-nin bütün müttəfiqləri ilə siyasi-iqtisadi və hərbi sahədə geniş əməkdaşlığına imkan yaradacaq”.

“Yəqin ki, 2026-cı ilin birinci rübünədək məsələ tam şəkildə bitəcək. Qanun layihəsi Konqresin Xarici Əlaqələr Komitəsində keçəndən sonra plenar iclasda baxılacaq. Daha sonra Senat tərəfindən qəbul olunacaq", - deyə Əhməd Şahidov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR