• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir

SİYASƏT

30 Dekabr 2025 | 12:05

XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir

Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvan ətrafında yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

XİN rəsmisi bildirib ki, bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir.

A.Hacızadə qeyd edib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır:

"Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026