• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

İsveç və Azərbaycan arasında siyasi məsləhətləşmələr keçirildi

SİYASƏT

29 Yanvar 2026 | 09:34

İsveç və Azərbaycan arasında siyasi məsləhətləşmələr keçirildi

Bu həftə İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Tobias Tyhberg öz həmkarı Məmməd Talıbov, eləcə də xarici işlər nazirinin müavini Fariz Rzayev, Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə səmərəli görüşlər keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveç səfirliyindən bildirilib.

Qeyd edilib ki, müzakirələr ikitərəfli məsələləri, Ermənistanla sülh və normallaşma prosesini, həmçinin qarşılıqlı maraq doğuran digər regional inkişaf məsələləri əhatə edib.

Səfər çərçivəsində cənab Thyberg həmçinin beyin mərkəzlərinin, vətəndaş cəmiyyətinin və Azərbaycanda fəaliyyət göstərən İsveç şirkətlərinin nümayəndələri ilə də faydalı fikir mübadiləsi aparıb.


SON XƏBƏRLƏR

28 Yanvar 2026