Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq struktur bölmələri ilə sıx koordinasiya şəraitində son bir neçə gün ərzində ölkədən 63 xarici vətəndaşı deportasiya edib.
Bakıvaxtı.az xəbər verir ki, son rəqəmlər də daxil olmaqla cari ilin əvvəlindən bu günədək Gürcüstandan deportasiya olunan xarici vətəndaşların ümumi sayı 1302 nəfərə çatıb.
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları çıxarılıb.
Bakı 




