• Bakı C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyənə ağır cəza verildi

CƏMİYYƏT

30 Dekabr 2025 | 11:58

Ziya Bünyadovun qatilini azadlığa çıxarmaq istəyənə ağır cəza verildi

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə akademik Ziya Bünyadovun qətli ilə bağlı ömürlük məhkum edilmiş Mahir Zeynalovun həbsdən azad edilməsinə çalışan Akif Bağırovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq olunan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Məhkəmədə məlum olub ki, iş üzrə təqsirləndirilən Akif Bağırovun 71 yaşı var. Azadlığa çıxarmağa çalışdığı Mahir isə onun kürəkənidir. Qoca müttəhimə bu işin müsbət həlli üçün xarici xüsusi xidmət orqanları tərəfindən 310 min manat pul göndərilib.

O, həmin pulu rüşvət kimi verib Mahiri azadlığa çıxarmağı planlaşdırıb. Lakin bütün cəhdlərinə baxmayaraq Bağırov pulu işi həll etməli olan vəzifəli şəxsə ötürə bilməyib. DTX-nin ayıq-sayıqlığı nəticəsində cinayət ifşa edilib.

Prosesdə A.Bağırov deyib ki, Mahirin azadlığa çıxması üçün müxtəlif vaxtlarda rəsmi müraciətlər etsə də, müsbət cavab ala bilməyib. Amma hansısa vəzifəli şəxsə pul verib bu işi həll etməyə çalışması da düzgün deyil.

Mahirə Kərimovanın sədrlik etdiyi məhkəmə kollegiyası ittiham və müdafiə tərəfini və şahidləri dinlədikdən sonra yekunda verilmiş ittihamları sübuta yetirilmiş hesab ediblər.

Hökmə əsasən Akif Bağırov dövlətə xəyanətdə və rüşvət verməyə cəhd etməkdə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, qocalıq dövrünü ciddi rejimli cəzaçəkmə müəsisəsində keçirəcək.


SON XƏBƏRLƏR

29 Dekabr 2025