• Bakı C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Bu şəxslər dövlət rüsumlarından AZAD EDİLİB

CƏMİYYƏT

29 Yanvar 2026 | 11:19

Bu şəxslər dövlət rüsumlarından AZAD EDİLİB

Reyestr və kadastr xidmətləri üzrə bəzi vətəndaşlar üçün dövlət rüsumu ödənişi ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri sahəsində 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərlə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərin mahiyyəti 4 qrup vətəndaşın reyestr və kadastr sahəsində göstərilən xidmətlərə görə müəyyən olunmuş dövlət rüsumundan tamamilə azad edilməsini nəzərdə tutur. Sədr bu hüquqdan yararlana biləcək vətəndaş kateqoriyalarını bir daha xatırladıb.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycan Respublikasının ərazi bütövlüyü, konstitusiya quruluşu və müstəqilliyi uğrunda mübarizə aparmış və bu proses nəticəsində əlilliyi müəyyən olunmuş şəxslər rüsumdan azad edilir. İkinci qrup isə 1990-cı ilin Yanvar hadisələri nəticəsində əlillik almış vətəndaşlar, həmçinin hərbi xidmət zamanı əlillik qazanmış şəxslərdir. Bu kateqoriyaya Çernobıl Atom Elektrik Stansiyasında xidmət keçmiş şəxslər də daxildir.

Nigar Alimova vurğulayıb ki, rüsumdan azad olunan digər mühüm qrup isə şəhid ailəsi statusu olan vətəndaşlardır. Bu şəxslər reyestr və kadastr xidmətləri üzrə göstərilən dövlət xidmətlərinə görə ödəniş etməkdən tam azad olunurlar.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

28 Yanvar 2026