• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Zaqatalada 61 yaşlı qadını avtomobil vurub

CƏMİYYƏT

28 Fevral 2026 | 08:59 | Müəllif: Zeynəb Rzayeva

Zaqatalada 61 yaşlı qadını avtomobil vurub

Zaqatala şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində şəhər ərazisində qeydə alınıb.

    Rayon sakini, 34 yaşlı Səməd Maarif oğlu Ramazanovun idarə etdiyi “Toyota” markalı, 62 BJ 501 dövlət nömrə nişanlı minik avtomobili piyada – 1965-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Gülarə Siyavuş qızı Atalovanı vurub.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Atalova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun 2-ci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR