• Bakı C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

İpoteka qanununa DƏYİŞİKLİK EDİLDİ

CƏMİYYƏT

29 Yanvar 2026 | 11:18

İpoteka qanununa DƏYİŞİKLİK EDİLDİ

Bir daşınmaz əmlak üzərində bir neçə bankın ipoteka hüququnun hansı ardıcıllıqla tanınacağı qanunla tənzimlənəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, indiyədək bəzi hallarda eyni daşınmaz əmlak bir neçə dəfə girov qoyula bilir və bu zaman müxtəlif banklar ipoteka saxlayan tərəf kimi çıxış edirdi. Lakin onların hansının daha üstün hüquqa malik olmasının müəyyənləşdirilməsi qanunvericilikdə aydın şəkildə tənzimlənmirdi.

Sədr qeyd edib ki, “İpoteka haqqında” qanuna edilən dəyişikliklərin əsas mahiyyəti məhz bu boşluğun aradan qaldırılmasıdır. Dəyişikliklərə əsasən qanunun bir sıra maddələrinə, o cümlədən 9-cu və 14-cü maddələrinə düzəlişlər edilib. Bu düzəlişlər ipoteka saxlayan tərəflərin öz aralarında müqavilə bağlaması, hüquqların ötürülməsi və əlavə dövlət qeydiyyatının aparılması mexanizmini müəyyən edir.

Nigar Alimovanın sözlərinə görə, yeni qaydalar çərçivəsində ipoteka hüququnun hansı banka keçməsi və üstünlük sırası reyestr orqanı tərəfindən dövlət qeydiyyatı vasitəsilə təsbit olunacaq. Bu isə gələcəkdə banklar arasında yarana biləcək mübahisələrin qarşısının alınmasına və hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edəcək.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

28 Yanvar 2026