• Bakı C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

 Yəməndə hərbi əməliyyatlar başladı - SƏBƏB
 

DÜNYA

30 Dekabr 2025 | 09:32

 Yəməndə hərbi əməliyyatlar başladı - SƏBƏB 

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Hadramaut bölgəsində məhdud hərbi əməliyyatın başladığını elan edib.

Bu əməliyyat Cənubi Keçid Şurasının qüvvələri tərəfindən Əl-Mükəllə limanının ələ keçirilməsindən sonra başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, koalisiya məhdud hərbi əməliyyat zamanı təhlükəsizliyi təmin etmək üçün Əl-Mükəlla liman ərazisindəki mülki şəxslərin təxliyəsinə çağırıb.

Rəsmi icazə olmadan BƏƏ-dən Yəmənin Əl-Mükəlla limanına gedən iki gəmiyə hava hücumu təşkil olunub.

Koalisiya rəsmisi Turki əl-Malikinin sözlərinə görə, iki gəminin heyəti münaqişəni qızışdırmaq məqsədilə Hadramaut və Əl-Mahra əyalətlərindəki Cənub Keçid Şurası qüvvələrini dəstəkləmək üçün izləmə sistemlərini söndürüb və çoxlu sayda silah və hərbi texnikanı boşaldıb.

Hərbi əməliyyatın hədəfi həmin silah və texnika olub./Oxu.Az
 


SON XƏBƏRLƏR

29 Dekabr 2025