• Bakı C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

İranda Mərkəzi Bankının sədri istefa verdi

DÜNYA

30 Dekabr 2025 | 10:24

İranda Mərkəzi Bankının sədri istefa verdi

Xəbər verdiyimiz kimi, İranda ABŞ dollarının bahalaşması və riyalın kəskin ucuzlaşması ilə bağlı narazılıqdan etirazlar başlayıb və qısa müddətdə geniş vüsət alıb. Dekabrın 29-da tətil və etiraz aksiyaları ölkə üzrə yayılıb, etirazçılar hakim sistem əleyhinə şüarlar səsləndiriblər. 

Bakıvaxtı.az İran mətbuatına istinadən xəbər verir ki, etirazlardan sonra İran Mərkəzi Bankının sədri istefa verib. 

Prezident Məsud Pezeşkian etirazları və bazarlardakı gərginliyi sakitləşdirmək məqsədilə bu vəzifəyə sabiq rəhbər Əbdülnasir Hemmatini təyin edib.


SON XƏBƏRLƏR

29 Dekabr 2025