• Bakı C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

İQTİSADİYYAT

30 Dekabr 2025 | 10:17

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün şəhərin Yaşıldərə yaşayış massivinin bir hissəsində d89 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar 11:00-dan etibarən qeyd olunan ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək.


SON XƏBƏRLƏR

29 Dekabr 2025