• Bakı C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

ABŞ-dən İsrailə 8,6 milyard dollarlıq F-15 müqaviləsi

DÜNYA

30 Dekabr 2025 | 09:06

ABŞ-dən İsrailə 8,6 milyard dollarlıq F-15 müqaviləsi

ABŞ Müdafiə Nazirliyi "Boeing" şirkəti ilə İsrailin F-15 təyyarələri proqramı üçün 8,6 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, müqavilə çərçivəsində İsrail Hərbi Hava Qüvvələri üçün 25 yeni F-15IA təyyarəsinin istehsalı və əlavə 25 ədəd üçün seçim hüququ nəzərdə tutulur.

Məlumata görə, işlərin ABŞ-nin Missuri ştatında həyata keçirilməsi və 2035-ci ilin sonunadək tamamlanması planlaşdırılır.

ABŞ uzun illərdir Yaxın Şərqdə ən yaxın müttəfiqi hesab etdiyi İsrailin əsas silah təchizatçısıdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

29 Dekabr 2025