• Bakı C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Bayram günlərində sağlam qidalanma üçün ən mühüm qaydalar

CƏMİYYƏT

30 Dekabr 2025 | 10:49

Bayram günlərində sağlam qidalanma üçün ən mühüm qaydalar

“Bayram günləri ilə əlaqədar sağlam qidalanma mövzusu da aktuallaşır. Süfrələr dolu və yeməklər cazibədardır. Lakin bütün bu bolluq içində ən əsas qayda sadədir: nə yediyini anlamaq və “ağıllı” qidalanma”.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, bayram süfrəsində normadan artıq yeməyin başqa bir səbəbi də psixoloji amildir:

“Bəzi insanlar düşünürlər ki, bayram olduğu üçün normadan artıq yeməyin heç bir ziyanı olmaz. Əslində bayram günü həm sağlam, həm də zövqlü yemək tam mümkündür. Bunun üçün ən önəmli qayda tələsməməkdir. Yavaş-yavaş yemək, çeynəməyi artırmaq, yeməklər arasında qısa fasilələr vermək bədənin doyma siqnallarını vaxtında göndərməsinə imkan yaradır. Əks halda fəsadlar baş verə bilər. Bayramda rahat gəzməyin qızıl düsturu budur yavaş ye, yaxşı çeynə, doyduqda dayandır”.

Mütəxəssis-ekspert bildirib ki, ikinci mühüm nöqtə isə süfrədəki hər şeydən yemək məcburiyyətinin olmamasıdır:

“Bayramda müxtəlif çeşidlər olur: ağır yeməklər, yağlı ətlər, şirniyyatlar, qızartmalar. Burada ağıllı seçim etmək sənə həm sağlamlıq qazandırır, həm də mədə-bağırsağını bayramdan sonra ağır iş yükündən xilas edir. Boşqaba əvvəlcə yüngül salat və tərəvəz qoymaq orqanizmdə həzmi yüngülləşdirir. Bundan sonra istədiyiniz yeməkdən kiçik porsiya götürmək rahat balans yaradır”.

E.Məmmədov, həmçinin bayram içkiləri barədə məlumat verib:

“Xüsusilə qazlı içkilər və yüksək şəkərli şirələr yemək həzmini ağırlaşdırır və şişkinlik yaradır. Bunun əvəzinə su içmək həm doyma hissini artırır, həm də şirniyyatlara meyli azaldır. Ağır yeməyin yanında 1-2 stəkan su içmək mədəni daha rahatlaşdırır. Əgər spirtli içki qəbul olunursa, onu da minimal, su ilə növbəli şəkildə içmək ən doğru yanaşmadır.

Bayram şirniyyatını da dadmaq olar, sadəcə kiçik porsiyada və əsas yeməkdən bir az fasilə ilə qəbul etmək olar. Çünki, mədə eyni anda həm yağlı yemək, həm də şəkəri qəbul edəndə həzm sisteminə mənfi təsir edir”.


SON XƏBƏRLƏR

29 Dekabr 2025