• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

SİYASƏT

29 Dekabr 2025 | 21:35 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bəxtiyar Saidov Teleqram kanalında məlumat verib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmimi və məhsuldar telefon danışığı apardıq. 2025-ci ildə Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dinamik inkişafını böyük məmnuniyyətlə qeyd etdik. Əldə olunmuş razılaşmaların icrasına birgə sadiqliyimizi təsdiqlədik", - Saidov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026