• Bakı C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Ukrayna ordusu niyə geri çəkildi? - Komandan açıqladı

DÜNYA

29 Dekabr 2025 | 22:45

Ukrayna ordusu niyə geri çəkildi? - Komandan açıqladı

Serebryanski meşəsi, Beloqorovka və Seversk — II Dünya müharibəsi dövründə də ağır döyüşlərin getdiyi ərazilər olub. Ərazinin özü üstünlük təşkil edən yüksəkliklərdən, Beloqorovkadakı kimi dağlardan ibarətdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski qoşunların niyə Severskdən geri çəkilməli olduqlarını və bunun əlavə təhlükələr yaradıb-yaratmayacağı barədə danışarkən deyib.

“İstehkamlar hələ o vaxtlar inşa olunmuşdu. Onlar o zaman da tab gətirmiş və dayanıqlı müdafiənin aparılmasını təmin etmişdi. Digər tərəfdən, bu istiqamət uzun müddət prioritet olmayıb. Çünki düşmən sadəcə olaraq hücum əməliyyatları aparmaq imkanına malik deyildi. İrəliləmə cəhdləri olub. Bəli, briqadalar mövqelərdə dayanmışdı. Onlar hücumu davam etdirirdilər, lakin döyüşlərin intensivliyi digər istiqamətlərlə müqayisədə daha aşağı idi”, – deyə baş komandan bildirib.

Sırskinin sözlərinə görə, Severskin müdafiəsi problemli hala gəlib.

“Orada müdafiə olunan bölmələri sadəcə ölməyə buraxmaq düzgün olmazdı. Buna görə də müvafiq qərar qəbul olundu. Qoşunlar üstünlük təşkil edən yüksəkliklərə çəkildi. Geri çəkilmək üçün imkan var idi. Düşmən də bundan istifadə etməyə çalışır, amma buna nail ola bilmir. Bu istiqamətdə müvafiq tədbirlər planlaşdırılır. Bu istiqamət barədə deyə biləcəyim hər şey budur”.

Qeyd edək ki, daha öncə rus ordusunun sözügedən istiqamətdə irəlilədiyinə dair xəbərlər yayılıb./Axar.az


SON XƏBƏRLƏR

29 Dekabr 2025