• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Goranboyda bir ailənin üç üzvü qidadan zəhərləndi - YENİLƏNİB

HADİSƏ

30 Dekabr 2025 | 10:28 | Müəllif: Subhan Mahmudov

Goranboyda bir ailənin üç üzvü qidadan zəhərləndi - YENİLƏNİB

Dekabrın 29-da saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

29/12/2025        19:58

Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kənd sakinləri, 1965-ci il təvəllüdlü S.Həmidova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların balıq yedikdən sonra özlərini pis hiss etdiyi bildirilir.

Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026