• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Dəm qazı yenə CAN ALDI - YENİLƏNİB

HADİSƏ

29 Yanvar 2026 | 09:18

Dəm qazı yenə CAN ALDI - YENİLƏNİB

Bakıda kirayə yaşayan şəxs dəm qazından boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yanvarın 28-də saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində baş verib.

Belə ki, həmin ünvanda yaşayan Qənbəralıyev İmran Teymur oğlu və Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən zəhərləniblər.

Hadisə nəticəsində Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

***

01:38

İmişli sakini bədbəxt hadisənin qurbanı olub.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Bakı şəhərində qeydə alınıb.

Belə ki, 26 yaşlı Məmiyev Ramazan Rafiq oğlu dəm qazından dünyasını dəyişib.

Məlumata görə, mərhum Qazaxıstanda işləyirmiş. O, 10 gün öncə sənədlərini düzəltdirmək üçün Azərbaycana gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR