Milli Məclis “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, dəyişikliyə əsasən, kommersiya hüquqi şəxslərin nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi, vərəsəliklə keçməsi, yüklü edilməsi və təsisçinin ölümündən sonra əmlak idarəçisinin təyin olunması ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq orqanlara real vaxt rejimində ötürüləcək.
Həmçinin, təsis sənədlərində və qeydiyyatda edilən dəyişikliklər də EHİS vasitəsilə onlayn rejimdə qeydə alınacaq. Kommersiya hüquqi şəxslər, xarici nümayəndəlik və filiallar isə təqvim ili bitdikdən sonra növbəti ayın 31-dək dəyişiklik olub-olmaması barədə hesabat təqdim etməlidirlər.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bakı 




