• Bakı C

    8.82 m/s

  • USD - 1.7

    EUR - 1.9999

    RUB - 2.1972

Məşhur restoranın aşpazı həbs edildi: Gecələr...

CƏMİYYƏT

29 Dekabr 2025 | 20:21

Məşhur restoranın aşpazı həbs edildi: Gecələr...

Bakıda fəaliyyət göstərən “Xaçapuri Baku” restoranında aşpaz kimi çalışan, 2008-ci il təvəllüdlü S.Məmmədli soyğunçuluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az News24.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Araşdırmalar zamanı müəyyən olunub ki, S.Məmmədli işdən sonra evə qayıdarkən iki dəfə taksi sifariş edib. Sabunçu rayonunda yaşadığı evin yaxınlığına çatdıqda isə sürücülərə hücum edərək onların mobil telefonlarını ələ keçirib və hadisə yerindən qaçıb. Zərərçəkən iki taksi sürücüsü polisə müraciət edib.

İstintaq zamanı məlum olub ki, S.Məmmədli soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefonları “Lalafo” platformasında satışa çıxararaq satıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq həbs edilib. Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinən S.Məmmədliyə 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin yaşı nəzərə alınaraq cəza şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.


SON XƏBƏRLƏR